Prezident administrasiyası “Trump Tower”in müdafiəsinə 25 milyon istəyib

prezident-administrasiyasi-trump-towerin-mudafiesine-25-milyon-isteyib
Oxunma sayı: 742

ABŞ prezidenti Donald Trampın administrasiyası Konqresdən Nyu-Yorkdakı “Trump Tower” qorunmasına üçün əlavə 25 milyon dollar istəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ-ın 2018-ci il üçün büdcə layihəsində sənədlərinə istinadən məlumat yayıb. Sözügedən məbləğ əlavə agentlərin və mühafizəçilərin işə götürülməsi üçün xərclənəcək.

Xatırladaq ki, ötən ilin dekabrında Nyu-York şəhərinin meri Bill de Blazio federal hakimiyyətdən Donald Tramp və  ailəsinin təhlükəsizliyinin təmin olunmasına 35 milyon dollar istəyib.