Prezident “Ağ şəhər” üçün 3 milyon manat ayırdı

prezident-ag-seher-ucun-3-milyon-manat-ayirdi
Oxunma sayı: 1319

Prezident İlham Əliyev “Ağ şəhər”lə bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı şəhərinin “Ağ şəhər” adlanan ərazisində su təchizatı, kanalizasiya və yağış suları sistemləri layihəsinin icrasını təmin etmək məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.