Prezident Ağalar Vəliyevi təltif edib

prezident-agalar-veliyevi-teltif-edib
Oxunma sayı: 638

Prezident İlham Əliyev Ağalar Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında tikinti sahəsində səmərəli fəaliyyətinə görə Ağalar İsrəfil oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.