Prezident ailəsi ilə Heydər Əliyevin məzarını ziyarət etdi - Video

prezident-ailesi-ile-heyder-eliyevin-mezarini-ziyaret-etdi
Oxunma sayı: 5866

Prezident İlham Əliyev və ailəsi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.