Prezident ailəsiylə Bayraq Meydanını gəzdi - Video

prezident-ailesiyle-bayraq-meydanini-gezdi
Oxunma sayı: 11066

Bu gün prezident İlham Əliyev və ailə üzvləri Dövlət Bayrağı Meydanında olublar.

"Qafqazinfo" xəbər verir ki, fəxri qarovul dəstəsinin rəisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlət başçısı əsgərləri salamlayıb.

Azərbaycan dövlət himni səslənib.

Prezidentin Silahlı Qüvvələrin Ali Baş Komandanının şərəfinə yaylım atəşi açılıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlətimizin başçısının qarşısından keçib.

Sonda xatirə şəkli çəkdirilib.