Prezident Arzu Rəhimovla bağlı sərəncam verdi

prezident-arzu-rehimovla-bagli-serencam-verdi
Oxunma sayı: 10787

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovla bağlı sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Arzu Yusif oğlu Rəhimov Azərbaycan dövlətçiliyinə sadiqlik göstərərək vəzifə borcunu ləyaqətlə və yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.