Prezident Azərbaycandakı səfiri geri çağırıb vəzifə verdi

prezident-azerbaycandaki-sefiri-geri-cagirib-vezife-verdi
Oxunma sayı: 3765

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev vəzifəsindən azad edilib.

“Qafqazinfo”nun “nur.kz” portalına istinadən verdiyi xəbərə görə, bununla bağlı Prezident Kasım -Jomart Tokayev müvafiq fərman imzalayıb.

Məlumata görə, eyni fərmanla Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.

Qeyd edək ki, B. İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb.