Prezident Bakıya qayıtdı

prezident-bakiya-qayitdi
Oxunma sayı: 649

Azərbaycan və Qazaxıstanın dövlət bayraqlarının dalğalandığı Almatının Beynəlxalq hava limanında Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. İlham Əliyevi Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıb.

Dövlət başçısı həmin gün Bakıya qayıdıb. Prezidenti Heydər Əliyev adına beynəlxalq hava limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.