Prezident Berdiməhəmmədovu təbrik etdi

Prezident Berdiməhəmmədovu təbrik etdi
Oxunma sayı: 349

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistanın milli bayramı -Müstəqillik Günü münasibətilə prezident Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı məktubda Azərbaycan ilə Türkmənistanı tarixən təşəkkül tapmış dostluq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini vurğulayıb.

Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, belə möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi