Prezident Binəli Yıldırımı təbrik etdi

Prezident Binəli Yıldırımı təbrik etdi
Oxunma sayı: 1050

Prezident İlham Əliyev Türkiyənin Baş naziri Binəli Yıldırımı təbrik edib.

"Qafqazinfo" xəbər verir ki, təbrik məktubunda qeyd edilir:

"Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu gün Türkiyə demokratik və hüquqi dövlət quruluşuna malik, iqtisadi yüksəlişini inamla davam etdirən qüdrətli ölkədir. Qardaş Türkiyənin uğurları, dünyada və regionda artan nüfuzu bizi son dərəcə sevindirir.

İnanıram ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayıram".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi