Prezident Böyük Britaniya kraliçasını təbrik etdi

prezident-boyuk-britaniya-kralicasini-tebrik-etdi
Oxunma sayı: 1280

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu göndərib.

“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir: 

“Ülyahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.