Prezident BP-nin icraçı direktoruna “Dostluq” ordeni verdi

prezident-bp-nin-icraci-direktoruna-dostluq-ordeni-verdi
Oxunma sayı: 1194

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulandı, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirilib. Qeyd olunub ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.

Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulanıbı.

Prezident İlham Əliyev Azərbaycan ilə BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin “Dostluq” ordeni ilə təltif olunduğunu bildirib və ordeni ona təqdim edib.