Prezident BP şirkətinin baş icraçı direktoru ilə görüşüb

prezident-bp-sirketinin-bas-icraci-direktoru-ile-gorusub
Oxunma sayı: 953

İyunun 12-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulanıb, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.