Prezident Brüsseldə Donald Tusk ilə görüşüb - Fotolar

prezident-brusselde-donald-tusk-ile-gorusub
Oxunma sayı: 1681

Prezident İlham Əliyev iyulun 11-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, dövlət başçısı NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün iyulun 10-da Belçika Krallığının paytaxtı Brüssel şəhərinə səfər edib.