Prezident bu quruma 30 milyon manat ayırdı

prezident-bu-quruma-30-milyon-manat-ayirdi
Oxunma sayı: 4565

Prezident İlham Əliyev elektrik enerjisi istehsalının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən “Şimal”, “Cənub”, “Sumqayıt” və “Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.