Prezident bu şəxslərə “Tərəqqi” medalı verdi - Siyahı

prezident-bu-sexslere-tereqqi-medali-verdi
Oxunma sayı: 8672

Prezident İlham Əliyev turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam verib.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Qılıncov Bəxtiyar Vaqif oğlu

“Tərəqqi” medalı ilə

Ağakərimov Müzəffər Mehdi oğlu

Əliyev Zakir Haşım oğlu

Qədəşov Tahir Ərziman oğlu

Yusufov Rüfət Teymur oğlu.