Prezident büdcədən 18,2 milyon manat ayırdı

prezident-budceden-182-milyon-manat-ayirdi
Oxunma sayı: 2885

Prezident İlham Əliyev Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala–Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədi ilə 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,2 milyon (on səkkiz milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.