Prezident daha bir səfirlə görüşdü - Fotolar

prezident-daha-bir-sefirle-gorusdu
Oxunma sayı: 1880

Azərbaycan prezidenti İlham Əliyev iyunun 10-da Perunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoanenin etimadnaməsini qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, Mariya Milaqros Kastanyon Seoane etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti  səfirlə söhbət edib.

Səfir Mariya Milaqros Kastanyon Seoane Peru Prezidenti Martin Viskarranın salamlarını dövlət başçısına çatdırıbı. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Səfir Azərbaycan ilə Peru arasında mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin vacibliyini qeyd edərək, bu baxımdan kənd təsərrüfatı sahəsində yaxşı potensialın olduğunu deyib.

İlham Əliyev ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün istiqamətlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq, bir neçə sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinin mümkünlüyünü bildirib, bu sahənin Azərbaycanın inkişafında prioritet sahələrdən biri olduğunu qeyd edib.

Ölkə başçısı Peru Prezidenti Martin Viskarranın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Peru Prezidentinə çatdırmağı xahiş edib.