Prezident daha bir sərəncam imzaladı

prezident-daha-bir-serencam-imzaladi
Oxunma sayı: 1891


“Qafqazinfo”nun xəbərinə görə, sərəncamda xatırladılır ki, 2014-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya üzrə ilk azərbaycanlı qadın elmlər doktoru, professor Validə Xaspolad qızı Tutayuqun anadan olmasının 100 illiyi tamam olur.

Validə Tutayuq Azərbaycanda botanika elminin inkişafına sanballı töhfələr vermiş və kənd təsərrüfatı sahəsində milli elmi-pedaqoji kadrların yetişdirilməsində təqdirəlayiq fəaliyyət göstərib.

Beləliklə, Azərbaycand elmin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm xidmətləri olan akademik Validə Tutayuqun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərar verilib. Qərara əsasən, Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Validə Tutayuqun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.