Prezident Dəniz Ticarət Limanında terminalın açılışında - Foto

prezident-deniz-ticaret-limaninda-terminalin-acilisinda
Oxunma sayı: 2837

Prezident İlham Əliyev yanvarın 9-da paytaxtın Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində RO-RO terminalının açılışında iştirak edib, kompleksdə görülən işlərlə tanış olub.

"Qafqazinfo" xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına görülən işlər barədə məlumat verib.

Prezident İlham Əliyev terminalın açılışını edib.