Prezident dini icma sədrinə fərdi təqaüdü təyin etdi

prezident-dini-icma-sedrine-ferdi-teqaudu-teyin-etdi
Oxunma sayı: 2439

Prezident İlham Əliyev Milix İlxananoviç Yevdayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, M.Yevdayevə Azərbaycanın ictimai həyatında fəal iştirakına görə təqaüd verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, M.Yevdayev Bakı Dağ Yəhudiləri Dini İcmasının sədridir.