Prezident diplomatların qovulmasını pisləyib

prezident-diplomatlarin-qovulmasini-pisleyib
Oxunma sayı: 632

Moldova prezidenti İqor Dodon hökumətin Rusiya səfirliyinin 5 əməkdaşının “persona non qrata”(arzuolunmaz şəxs) elan edilməsinə münasibət bildirib.

 “Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, ölkə başçısı atılan addımın mənfi nəticələrinin olacağını söyləyib.

“Bütün məsuliyyətim ilə bu höküməti xəbərdar edirəm ki, Brüssel və Vaşinqtonun, həmçinin hərbi qurum olan NATO-nun geosiyasi oyunlarına qoşulmaq qərarı regionda çox təhlükəlidir. Əminəm ki, onlar ölkəmizi və xalqımızı hansı çətin və təhlükəli vəziyyəti qoya biləcəklərini başa düşmürlər. Bu kobud addımın mənfi nəticələri olacaq”, deyə İ.Dodon bildirib.

Qeyd edək ki, bu gün beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.