Prezident doğum günü üçün bir günlük istirahət götürdü

prezident-dogum-gunu-ucun-bir-gunluk-istirahet-goturdu
Oxunma sayı: 1972

ABŞ prezidenti Donald Tramp bir günlük istirahət götürüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu gün 72 yaşını qeyd edəcək. Prezident bu gün heç bir ictimai-siyasi tədbirə qatılmayacaq. 

Qeyd edək ki, o, ABŞ tarixində prezident vəzifəsinə seçilmiş ən yaşlı şəxsdir. Seçildiyi zaman Trampın 70 yaşı tamam olmuşdu.