Prezident əhalinin yoxsulluq göstəricisini açıqladı

prezident-ehalinin-yoxsulluq-gostericisini-aciqladi
Oxunma sayı: 4266


“İqtisadi sahədə biz çox işlər görmüşük. Əsasən iqtisadi islahatlar nəticəsində və sizə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 dəfədən çox artıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda çıxış edərək deyib: "Təşəkkür edirəm, cənab Prezident. İlk növbədə Prezident Zemana dəvətə və bu əhəmiyyətli tədbiri təşkil etdiyinə, qonaqpərvərliyə görə təşəkkür etmək istərdim. Gözəl Praqa şəhərində yenidən olmağımdan və dialoqumuzu davam etdirməkdən çox məmnunam. Bildirmək istərdim ki, biz Avropa təsisatları ilə daha yaxından əlaqə qurmağımız baxımından son 5 ili çox əhəmiyyətli hesab edirik. Bu 5 il ərzində ölkəmizdə siyasi, iqtisadi və digər sahələrdə islahatlar həyata keçirmişik. Avropa İttifaqının üzvü olan dövlətlərlə əlaqələrimiz çox geniş və konstruktiv olmuşdur. Bu əlaqələrin mahiyyəti, əlbəttə ki, müsbət istiqamətdə dəyişir. Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. İqtisadi sahədə çox işlər görmüşük. Əsasən iqtisadi islahatlar nəticəsində və sizə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı son on ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı olmuş, 3 dəfədən çox artıb. Biz yoxsulluğu, işsizliyi aradan qaldıra bilmişik. Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir".