Prezident Eldar Saetre ilə “Qarabağ”ı müzakirə etdi - Foto

Prezident Eldar Saetre ilə “Qarabağ”ı müzakirə etdi
Oxunma sayı: 642

Yanvarın 24-də Azərbaycan prezidenti İlham Əliyev Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.
 
“Qafqazinfo”nun  məlumatına görə, görüşdə “Statoil” şirkətinin 25 ildir ölkəmizdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub.
 
“Azəri”, “Çıraq”, “Günəşli”, həmçinin “Qarabağ” və “Dan ulduzu” yataqları üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Gələcəkdə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi