Prezident əlillərə ev verdi

prezident-elillere-ev-verdi
Oxunma sayı: 715

“Qafqazinfo”nun AzərTac-a istinadən verdiyi xəbərə görə,
prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Sumqayıtdakı binanın açılış mərasimdə iştirak ediblər.

Dövlət başçısı və xanımı mənzillərdə yaradılmış şəraitlə tanış olublar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verərək bildirib ki, əlillər və şəhid ailələri üçün inşa olunan 12 mərtəbəli 96 mənzilli yeni yaşayış binasında sakinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Mənzillərin tərtibatında müasir dizayn elementlərindən istifadə olunub və onlar mebel dəstləri ilə təmin edilib.

Prezident İlham Əliyev başçısı yeni mənzillərin orderlərini və Naxçıvan avtomobil zavodunun istehsalı olan “Naz Lifan” markalı avtomobillərin açarlarını sahiblərinə təqdim edib.