Prezident etirazçılarla çadırda görüşüb

prezident-etirazcilarla-cadirda-gorusub
Oxunma sayı: 2075

Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün paytaxt Tbilisidə hökumətin istefasını tələb edən etirazçılarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezident administrasiyası məlumat yayıb. 

Marqvelaşvili aksiyanın təşəbbüskarı Zaza Saralidze ilə parlament binası qarşısında qurulan çadırlardan birində görüşüb. Görüşdə, həmçinin Gürcüstan Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili də iştirak edib. 

Danışıqlardan sonra ölkə başçısı mətbuata açıqlama ilə çıxış edəcək.