Prezident “Fars“ı məhkəməyə verir

prezident-farsi-mehkemeye-verir
Oxunma sayı: 645

Bu barədə prezidentin mətbuat katibi Yasep Əli mediaya məlumat verib.

Xəbər verdiyimiz kimi, “Fars“ agentliyi cənab Mursinin prezident elan olunmamışdan bir neçə saat öncə ondan “götürdüyü müsahibə“ni yaymışdı. Dünya mediasında bomba effekti verən həmin müsahibədə güya Mursi bildirib ki,“Yaxın Şərqdə strateji balans yaratmaq üçün Misir İranla yaxından əməkdaşlıq edəcək“ və “Misir 1979-cü ildə İsraillə bağladığı Kemp-Devid sazişinə yenidən baxacaq“.

Prezidentin mətbuat katibi Yasep Əli deyib: “Prezident Mursi heç vaxt “Fars“ xəbər agentliyinin nümayəndəsi ilə söhbət etməyib. Müsahibə bütövlükdə saxtadır, bu saxtakarlıqla bağlı prezident dəftərxanası adıçəkilən agentliyə qarşı hüquqi müstəvidə hərəkətlərə başlayır “.

musavat.com