Prezident fərman verdi

prezident-ferman-verdi
Oxunma sayı: 635



Nazirlər Kabinetinə tapşırılıb ki, iki ay müddətində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin razılaşdırılmış təkliflərini nəzərə alaraq "2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və "elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; iki ay müddətində dövlət informasiya sistemlərinin və ehtiyatlarının yaradılmasının və idarə edilməsinin tənzimlənməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; iki ay müddətində "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısını və informasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin portala qoşulması üçün texniki tələbləri Azərbaycan Prezidenti ilə razılaşdıraraq təsdiq etsin; iki ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; iki ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə "Elektron hökumət" portalının fəaliyyətinin təşkili və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görmək; dövlət orqanlarının elektron xidmətlərinin "Elektron hökumət" portalına qoşulmasını təmin etmək, mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətlərin təşkilini sürətləndirmələri və onların "Elektron hökumət" portalına qoşulması üçün zəruri tədbirlər görmələri; informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin səmərəli təşkili məqsədi ilə sərəncamlarında olan informasiya sistemlərində və ehtiyatlarında fərdi identifikasiya nömrəsinin tətbiqini təmin etmələri, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə isə dövlət orqanlarının "Elektron hökumət" portalına qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etmək; "Elektron hökumət" portalının təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görmək tapşırılıb.