Prezident Filippinin adını dəyişməyi təklif etdi

Prezident Filippinin adını dəyişməyi təklif etdi
Oxunma sayı: 1064

Qalmaqallı açıqlamaları ilə tanınan Filippin prezidenti Rodriqo Duterte ölkənin adını “Maharlika Respublikası” kimi dəyişdirməyi təklif edib.

“Qafqazinfo”nun “Manila Bulletin” nəşrinə istinadən xəbərinə görə, o, bu təklifi ölkənin müstəmləkə tarixi ilə əlaqəsini zəiflətmək istəyi ilə əlaqələndirib.

Duterte bu bəyanatla Maqindanao vilayətində çıxış edib: “Ölkəyə Filippin adını axmaq Maqellan verib. Mən diktator Markosun təklif etdiyi “Maharlika Respublikası” adını bəyənirəm”.

Qeyd edək ki, müasir Filippin dilində maharlika sözü “kral nəcibliyi” mənasını daşıyır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi