Prezident hökumətin istefasını təsdiqləyib

prezident-hokumetin-istefasini-tesdiqleyib
Oxunma sayı: 1061

Finlandiya prezidenti Sauli Niiniste baş nazirlə müzakirələrdən sonra Nazirlər Kabinetinin istefasını təsdiqləyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident yeni hökumət təyin edilənə qədər indiki tərkibdən işini davam etdirməsini xahiş edib. 

Hökumətin istefası sosial sağlamlıq sferasındakı uğursuz islahatlar fonunda və parlament seçkilərinə bir ay qalmış baş tutur. 

Qeyd edək ki, seçkilər aprelin 14-də keçiriləcək və nəticədə yeni hökumət formalaşacaq.