Prezident “IBM”in baş icraçı direktoru ilə görüşüb

prezident-ibmin-bas-icraci-direktoru-ile-gorusub
Oxunma sayı: 1312

Prezident İlham Əliyev yanvarın 24-də Davosda “IBM” şirkətinin baş icraçı direktoru xanım Cinni Rometti ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. 

Bundan başqa, dövlət başçısının Davosda ABŞ-ın “Carlyle Group” şirkətinin həmtəsisçisi və icraçı direktoru Devid Rubinşteyn ilə görüşü olub.