Prezident İlham Əliyev Norveç Kralına məktub yazdı

prezident-ilham-eliyev-norvec-kralina-mektub-yazdi
Oxunma sayı: 664

Başsağlığı məktubunda deyilir: “Əlahəzrət, Oslo şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Norveç xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.