Prezident İlham Əliyev Xalq Cümhuriyyətini yad etdi

prezident-ilham-eliyev-xalq-cumhuriyyetini-yad-etdi
Oxunma sayı: 665

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Respublika Günü münasibətilə paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib. Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısı abidənin önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasim başa çatdıqdan sonra Prezident İstiqlaliyyət küçəsində və metronun “İçərişəhər” stansiyasının ətrafında görülmüş işlərlə tanış olub.