Prezident İraqdakı ziyarətgahlardan danışdı

prezident-iraqdaki-ziyaretgahlardan-danisdi
Oxunma sayı: 1124


“Media forum” saytının məlumatına görə, “İraq-Şam islam dövləti” yaraqlılarını terrorçu adlandıran Ruhani deyib ki, İran hökuməti İraqdakı ziyarətgahların qorunub saxlanması üçün əlindən gələni edəcək: “İran hökuməti İraqın Kərbəla, Nəcəf, Kazimeyn və Samirə şəhərlərində şiə imamların müqəddəs ziyarətgahlarının qorunması üçün köməyi əsirgəməyəcək.

Bundan başqa İran xalqı da hökumət qurumlarına müraciət edərək həmin yerlərdəki ziyarətgahları qorumaq və “İraq-Şam islam dövləti” terrorçularını yerində oturtmaq üçün hazır olduqlarını bildiriblər”.

“İraq-Şam islam dövləti” qruplaşması bugünlərdə İraq dövlətinə qarşı silahlı qiyam qaldırıb. Terrorçular ölkənin bəzi şəhərlərini ələ keçiriblər.

İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) aid xüsusi təyinatlı “Qüds” bölməsinin üç batalyonu “İraq-Şam islam dövləti”nə qarşı vuruşmaq üçün İraqa göndərilib. “Qüds” komandanı general Qasım Süleymani də İraqdadır.