Prezident işinə qar təmizləməklə başladı

prezident-isine-qar-temizlemekle-basladi
Oxunma sayı: 634

Seçkilərdə xalqın səsini toplayaraq hakimiyyətə gələn yeni prezident ilk gündən özünü xalqa göstərməyə başlayıb.

Hadisə isə Finlandiyada baş verib. Belə ki, dünən keçirilən prezident seçkilərinin qalibi Sauli Niinisto prezident kimi ilk gününə qar təmizləməklə başlayıb.

Bia.az Qərb mətbuatına istinadən verdiyi məlumata görə, yeni prezident səhər yuxudan duran kimi evinin qarşısını qardan təmizləməyə və qarı kürələyərək kənara atmağa başlayıb. Bu da onu izləyən paparatsilərin kameralarına tuş gəlib.