Prezident istefa verib ABŞ-a getdi

prezident-istefa-verib-abs-a-getdi
Oxunma sayı: 636

Bununla, Ə. A. Saleh hakimiyyətin müxalifətə ötürülməsi ilə bağlı razılaşmanı yerinə yetirib. Bunun əvəzində o, məhkəmə istintaqından və hər cür məsuliyyətdən azad olunub.

Saleh ölkəni tərk etməzdən əvvəl hakimiyyətdə olduğu 34 il ərzində buraxdığı səhvlərə görə xalqından üzr istəyib. O, həmçinin Ümumxalq Konqresi Partiyasının lideri qismində ölkəsinə qayıtmaq niyyətində olduğunu deyib.

Qeyd edək ki, Ə. A. Saleh bir qədər əvvəl verdiyi açıqlamasında müalicə üçün ABŞ-a getmək niyyətində olduğunu bildirmişdi.

Xatırladaq ki, Saleh rejiminə qarşı kütləvi etiraz aksiyaları 2011-ci ilin yanvarında başlayıb.