Prezident karatedə onuncu dan aldı

prezident-karatede-onuncu-dan-aldi
Oxunma sayı: 646

ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, diplomu prezidenti Dünya ənənəvi Fudokan-Şotokan karate-do Federasiyasının (WTFSKF) icraçı direktoru İliya Yorqa təqdim edib.

Türkmənistan televiziyası ilə nümayiş etdirilən görüş zamanı bildirilib ki, nüfuzlu mükafat Qurbanqulu Berdıməhəmmədovun milli və dünya idmanının inkişafındakı töhfələrinin etirafıdır.

“Sıralarında 45 dövləti birləşdirən Asiya Olimpiya Şurasının 2017-ci il Asiya oyunlarının Türkmənistanda keçirilməsi barədə qərarı tarixi addımdır”, - Türkmənistan prezidenti deyib. Onun sözlərinə görə, Türkmənistan belə böyük idman tədbirinə ev sahibliyi edəcək ilk Orta Asiya ölkəsidir.