Prezident Kobzonu təltif etdi

Prezident Kobzonu təltif etdi
Oxunma sayı: 1166

Prezident İlham Əliyev Kobzonun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda aşağıdakılar qeyd edilib:

“Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə İosif Davıdoviç Kobzon “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

Qeyd edək ki, Kobzon 17 sentyabr 2012-ci ildə isə “Dostluq” ordeni ilə təltif edilmişdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi