Prezident kompleksi işə saldı - Fotolar

prezident-kompleksi-ise-saldi
Oxunma sayı: 4870

Prezident İlham Əliyev mayın 16-da Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin açılışında iştirak edib.

"Qafqazinfo" xəbər verir ki, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov dövlət başçısına kompleks barədə məlumat verib.

Bildirildi ki, kompleks giriş nasos stansiyasından, hovuzlardan, inzibati, transformator, kompressor binalarından, suvarma üçün nəzərdə tutulan su hovuzundan ibarətdir. Burada, həmçinin iri tullantı tutucu, qum və yağ tutma, membran tipli təmizləyici, palçıqqurutma, havatəmizləyici qurğular quraşdırılıb. Ümumilikdə, bu qurğunun fəaliyyəti 121 min istifadəçini əhatə edir.

Prezident İlham Əliyev kompleksi işə salıb.