Prezident Koroğlunun abidəsini açdı

prezident-koroglunun-abidesini-acdi
Oxunma sayı: 670

Dövlət başçısı abidənin üzərindəki örtüyü götürüb, abidənin önünə əklil qoyub.
Prezident İlham Əliyev Azərbaycanın musiqi, elm və təhsil ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb.

Abidənin müəllifi, Azərbaycanın Xalq Rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, professor Tokay Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonra Prezident İlham Əliyevə və xanımı abidə və onun yerləşdiyi Koroğlu parkı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, abidənin postamentlə birlikdə hündürlüyü 23 metrdir. Postament hər biri 20-35 ton olan qranit hissələrdən ibarətdir. Ümumilikdə postamentin inşasına 480 ton qranit sərf olunub. Tamamilə bürüncdən tökülmüş abidə Ukraynada hazırlanıb.

Diqqətə çatdırılıb ki, abidənin yerləşdiyi Koroğlu parkında geniş abadlıq işləri aparılıb. Ümumi sahəsi 1,3 hektar olan parkın 4620 kvadratmetrlik hissəsinə qranit plitələr döşənib. Burada İtaliyadan gətirilmiş 20 işıq dirəyi və 30 oturacaq quraşdırılıb.