Prezident körpü tikintisinə 4 milyon manat ayırdı

Prezident körpü tikintisinə 4 milyon manat ayırdı
Oxunma sayı: 1895

Prezident İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində körpünün tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bölgə əhalisinin və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə cari ildə Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş mövcud körpünün sökülərək yerində yeni körpünün tikintisi işlərinə başlanılıb.

Tikintinin başa çatdırılması məqsədilə 2018-ci il dövlət büdcəsindən 4 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi