Prezident kralı təbrik etdi

prezident-krali-tebrik-etdi
Oxunma sayı: 3870

Prezident İlham Əliyev Belçika kralı Filipə məktub göndərib.

“Qafqazinfo”nun məlumatına görə, təbrik mətnində deyilir:

“Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün belçikalılara öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.