Prezident maaşının artığını büdcəyə qaytardı

prezident-maasinin-artigini-budceye-qaytardi
Oxunma sayı: 1670

Meksika prezidenti Andres Manuel Lopes Obrador maaşının bir hissəsini dövlət büdcəsinə geri qaytarıb.

“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, 76 min peso (3,8 min dollar) alan ölkə başçısı onun 22,3 minini (1,1 min dollar) büdcəyə verib.

Lopes Obradorun sözlərinə görə, o, maaşını dövlət başçısının məvacibinin azaldılmasını nəzərdə tutmayan köhnə qanunvericiliyə əsasən alıb: “Mənə maaşı çox vermişdilər. Yeni iqtisadiyyat planına əsasən, 53,846.30 peso almalıyam. Bu səbəbədən 22,313.29 pesonu qaytardım”.

Prezident məmurları da onun kimi addım atmağa və maaşlarının artığını qaytarmağa çağırıb.