Prezident maaşının artırılmasına qarşı çıxdı

prezident-maasinin-artirilmasina-qarsi-cixdi
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, prezident, dövlət başçısının maaşının artırılması ilə bağlı hazırlanan qanun layihəsi ilə razılaşmayıb, özü ilə bağlı istisnaların edilməsini düzgün hesab etməyib. Prezident öz maaşının nazirlər və baş nazirin maaşı ilə eyni ölçüdə azaldılması ilə bağlı 2009-cu ildə səsləndirdiyi təklifi dəyişmək üçün heç bir əsas olmadığını bildirib.

Qeyd edək ki, Estoniya prezidenti hazırda ayda 5050 avro, parlament nümayəndələri isə 4701 avro (2012-ci ildə isə 5200 avro alacaqlar) maaş alır.

Səidə