Prezident malili həmkarını təbrik etdi

prezident-malili-hemkarini-tebrik-etdi
Oxunma sayı: 668

Prezident İlham Əliyev Mali Respublikasının prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu ünvanlayıb.

“Qafqazinfo”nun məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram”.