Prezident Mavritaniya xalqını təbrik etdi

prezident-mavritaniya-xalqini-tebrik-etdi
Oxunma sayı: 629

“Qafqazinfo”nun prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: "Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim öz inkişafını davam etdirərək xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və rifah arzulayıram".

Azərbaycan prezidenti İlham Əliyev Albaniya Respublikasının prezidenti Bamir Topiyə təbrik məktubu ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:

"Albaniya Respublikasının milli bayramı - Bayraq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Albaniya münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına sülh və tərəqqi arzulayıram".