Prezident məğlubiyyətini etiraf etdi

prezident-meglubiyyetini-etiraf-etdi
Oxunma sayı: 653

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, Serbiyada prezident seçkilərinin ikinci turu bazar günü baş tutub.

2004-cü ildən ölkəyə başçılıq edən Tadiç seçkilərdə qalib gəlmiş Tomislav Nikoliçi təbrik edib. “Bu, ədalətli və qazanılmış qələbədir, mən ona uğurlar arzu edirəm”, - deyə Tadiç bəyan edib. Seçkilərdə məğlub olan Boris Tadiç yeni dövlət başçısını Avrointeqrasiya planından geri çəkilməməyə çağırıb.

Serbiyada seçkilərin birinci turu mayın 7-də keçirilib.