Prezident misirli həmkarına başsağlığı verib

Prezident misirli həmkarına başsağlığı verib
Oxunma sayı: 93

Azərbaycan prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının prezidenti  Əbdülfəttah əs-Sisiyə başsağlığı verib.

"Qafqazinfo" AzerTac-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyirəm.

Allah rəhmət eləsin!"

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi