Prezident müsəlmanları görmək istəmədi

prezident-muselmanlari-gormek-istemedi
Oxunma sayı: 649

Fransanın “SNCF” dəmir yolu şirkəti sionist rejimin prezidenti Şimon Peresin bu ilin martında Belçikadan Parisə qatarla səfəri zamanı qatarda işləyən bütün müsəlman işçilərə işə çıxmağı qadağan edib. Bu qadağa Şimali Afrika ölkələrindən olanlara və qaradərililərə şamil edilib.

Belçikadan Fransaya qatarla gələn Peres burada “SNCF” şirkətinin işçi heyəti tərəfindən qarşılanıb. Onların arasında bir nəfər də olsun gəlmə müsəlman olmayıb. Bu tələb öncədən İsrail rejimi tərəfindən şirkətə göndərilib.

Qeyd edək ki, sözügedən şirkət İsrail rejiminin qarşısında özünü borclu hiss edir. Belə ki, İkinci Dünya Müharibəsi zamanı məhz bu şirkətin qatarları ilə yəhudilərin konslagerlərə aparıldığı bildirilir. Buna görə də, şirkət uzun illər həm də rejimə təzminat ödəyib. /deyerler.org/